- Köhnə - Region
- 24 Dekabr 2013 13:48
- 2 591
İranın paytaxtı Tehrandan köçürüləcək

APA-nın verdiyi məlumata görə, iclasda 214 deputat iştirak edib. Qərarın lehinə 110, əleyhinə 67 nəfər səs verib, 10 nəfər isə bitərəf qalıb.
Layihə yeni paytaxt müəyyənləşdirildikdən sonra Tehranda yerləşən siyasi və inzibati strukturların köçürülməsini nəzərdə tutur.
Ancaq İran hökuməti paytaxtın köçürülməsinin əleyhinədir və bununla bağlı İranın ali dini liderinin qərar qəbul etməsini təkid edir.
AzNews.az