Rza Zərrabın “rəis” dediyi azərbaycanlı iş adamı danışdı


Azərbaycanlı iş adamı Rza Zərrabın Türkiyədə keçirilən rüşvət əməliyyatı zamanı həbs olunmasından sonra onun "rəisim" deyə adlandırdığı Babək Zəncani barədə ilginc məlumatlar yayılıb.

AzNews.az verir ki, B.Zəncani öz facebook səhifəsində barəsində yazılanlara mübasibət bildirib.

Türk dilində yazığı açıqlamada B.Zəncanı ticari fəaliyyətində heç bir qanunsuzluğa yol vermədiyini bildirib:

"Qaynağı gizlnədilməyəcək həcmdə olan ticari fəaliyyətlərimlə əlaqədar İran vətəndaşlarına tətbiq edilən bəzi məhdudiyyətlərdən başqa haqqımda heç bir iddia yoxdur. Türkiyədəki ticarət fəaliyyətim bütünlüklə qeydiyyatdadır bə heç bir qanunsuzluq olmayıb. Türkiyədə Rza Zərrabdan başqa saxlananlardan heç biri ilə tanış deyiləm.

Onunla da həyatımda bir neçə dəfə görüşmüşəm. Heç bir ticari fəaliyyətində şərik olmamışam, gördüyü işlərdən xəbərim yoxdur. İş yerlərinin harada olduğunu bilmirəm. Əgər qanunsuz işlərər qarışıblarsa, bu, onların öz problemidir. Onlar haqqında heç bir iddia ilə bağlı olmaq istəmirəm".

B.Zəncani R.Zərrabla Antalyada görüşəcəyi barədə məlumatlara da aydınlıq gətirib: "6 aydan bəridir ki, İrandan heç yerə getməmişəm. Hələ də Tehrandayam.

Rza Zərrabla Antalyada görüşəcəyim barədə xəbərlər həqiqət deyil. Mən tanınan şəxsəm. Qanunsuz yollarla səyahət etmərəm və ya saxta sənəddən isitifadə etməyim mümkün deyil. Xəbərlərdə sözügedən təyyarə ilə qızıl ticarəti tamamilə qanuni aparılıb. Qanunlara uyğun olaraq Qanadan 1.500 kq qızıl aldım.

Bunun 500 kiloqramını Türkiyəyə satmağı, qalanını isə Dubaya aparmağı planlaşdırıdım. Atatürk Hava Limanında sənədlər Qanadan gətirilənə qədər təyyarə saxlanılıb. Sənədlər gətirildikdən sonra isə təyyarə buraxılıb. Rza Zərrabın rəisi deyiləm. Aramızdakı iş əlaqəsi ticarət dövriyyəmin mində birindən də azdır".

B.Zəncani sahib olduğu şirkətlər qrupunda 65 şirkətin olduğunu və illik dövriyyəsinin 6-7 milyard avro olduğunu bildirib.

Elnarə
AzNews.az