Türkiyədə hökümətin yeni tərkibi açıqlanıb


Türkiyədə 3 nazirin istefasindan sonra baş nazir Rəcəb Tayyıb Ərdoğan Nazirlər Kabinetinin yeni tərkibini açıqlayıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni hökumətdə dəyişikliklərin sayı 10-a çatıb.

Maraqlıdır ki, adı rüşvət və korrupsiyada hallanan, ancaq digər həmkarları kimi istefa verməyən Egemen Bağışın adı siyahıda yer almayıb. Hökumətin yeni tərkibi belədir:

Baş nazirin müavini -Əmrullah İşlər
Ədliyyə naziri Bəkir Bozdağ
Daxili işlər naziri- Əfqan Ala
Avropa Birliyi naziri - Mövlud Çavuşoğlu
Ailə və sosial siyasət naziri-Ayşənur İslam
İqtisadiyyat naziri -Nihat Zeybəkçi
Ətraf və şəhərsalma naziri- İdris Güllece
Nəqliyyat naziri- Lütvi Elvan
Elm, sənaye və texnologiya naziri- Fikri İşıq
Gənclər və idman naziri- Akif Çağatay Kılıç

Elnarə
AzNews.az