Yasir Ərəfat əcəli ilə ölüb- RƏY


Fələstin lideri Yasir Ərəfatın zəhərlənərək öldürülməsi xəbəri təkzib edilib.

Rusiya Federal Tibbi-Bioloji Agentliyinin rəhbəri Vladimir Uyba Fələstin liderinin əcəli ilə dünyasını dəyişdiyi barədə bəyanat yayıb. Ekspertizanın nəticələrini açıqlayan agentlik rəhbərinin sözlərinə görə, Lozanna Radiofizika İnstitutunun nümayəndələri dəbu rəylə razılaşıblar.

Qeyd edək ki, Fələstin hökuməti Ərəfatın cəsədinin qalıqlarından götürülən nümunələri rəy üçün İsveçrə, Fransa və Rusiyaya göndərib. Artıq Fransa və Rusiyadan ekspertiza rəyi açıqlanıb. İsveçrə mütəxəssisləri isə hələlik məsələyə rəy bildirməyib.

Elnarə
AzNews.az