Deputatlar Zəncanidən şikayət etdi

Türkiyəni sarsıdan sui-istifadə və rüşvət əməliyyatında həbs olunan Rza Zərrabın müdiri olaraq adı çəkilən iranlı iş adamı Babek Zencani ilə əlaqədar İranda əhəmiyyətli bir inkişaf yaşanıb.
İran parlamentinin 12 millət vəkili Zencani haqqında sui-istifadə istintaqı açılması tələbi qaldırıb. Modern.az saytı "Fars" xəbər agentliyinə istinadən bildirir ki, millət vəkilləri qanun, icra etmə və mühakimə başçılarına mövzu ilə əlaqədar məktub göndərib.
Millət vəkilləri məktubda etibarlı sənədlər istiqamətində Zencani haqqında sui-istifadə araşdırılması başladılması üçün mənfi dəlillərin olduğunu iddia edib.

Zencani isə istənilməsi halında bütün sənəd və dəlilləri təqdim edərək sui-istifadə etmədiyini sübut edə biləcəyini bəyan edərək "Ölkənin nəzarət etmə vahidləri o qədər aktiv ki, bu böyüklükdə sui-istifadə edilməsi mümkün deyil", - deyib.
"Sorinet Holdinq"in sahibi və başçısı olan iranlı Babek Zencaninin adı ABŞ və Avropa Birliyinin İrana qarşı tətbiq etdiyi neft sanksiyalarını deşdiyi səbəbi ilə qara siyahıya salınmışdı. Zencaninin mülkiyyəti, neft satışından əldə etdiyi gəlirlər və İran Zəmin adındakı böyük alver mərkəzi inşası ilə əlaqədar bir çox fəaliyyətinin araşdırmaları davam edir. Zencaninin İranın neft satışlarından əldə edilən gəliri qızıl olaraq ölkəyə gətirdiyi də iddia edilir.

12 iranlı millət vəkilinin məktubunda Zencani üçün bu tənqid və günahlandırmalar sıralanır:

- Fərqli banklarda saxta sənədlərlə bir çox hesab açaraq bank kreditlərindən faydalanması;

- Haqqında açılan bir çox iddia olduğu və bunların ikisində həbs qərarı verilməsinə baxmayaraq həbs olunmaması;

- Ölkə neftinin satışından əldə edilən pulları uzun müddət ödəməməsinə baxmayaraq Neft Nazirliyi səlahiyyətlilərincə ictimaiyyətə etibarlı bir adam olaraq önə sürülməsi;

- Kəşfiyyat Nazirliyinin Zencanini dəstəkləməklə günahlandırılarkən mövzu haqqında ictimaiyyətə şərh vermək əvəzinə səssiz qalması...


AzNews.az