Qoruqdan qaçan zürafə bardan tapıldı

Cənubi Afrika Respublikasında (CAR) barda vaxt keçirən turistlər orada gözlənilmədən əsl zürafənin peyda olmasından təəccübləniblər.


Hadisə Yohannesburq şəhərində baş verib. Heyvan məşhur "Lion Park" qoruğundan qaçıb. Trend Rusiya KİV-ə istinadən xəbər yayıb.

İçki məclisində dincələnlərin kampaniyasına qoşulan zürafə özünü tamamilə ləyaqətlə aparır və turistlərə qətiyyən fikir vermir. Heyvan məqsədəyönlü şəkildə hər yeri iyləyir, xüsusilə zibil vedrəsi onda maraq oyadırdı. Özü üçün yeməyə heç bir ərzaq tapmayan zürafə sakitcə geriyə, qoruğa tərəf yollanır.

"Lion Park" qoruğu bütün arzu edənlərə heyvanlara təbii mühitdə tamaşa etmək imkanı verir. Burada volyer və ya qəfəs yoxdur. Qoruğun sakinləri özlərini burada o qədər rahat hiss edirlər ki, onlar praktiki olaraq heç vaxt öz ərazilərinin hüdudlarından turistlər üçün nəzərdə tutulmuş zonalara girmirlər.

AzNews.az