Müdafiə nazirinin müavini rüşvətlə tutuldu

Qazaxıstanın xüsusi xidmət orqanları ölkə müdafiə nazirinin müavini, general-mayor Baqdat Maykeyevin saxlanıldığı haqda açıqlama yayıb.

Musavat.com-un xarici qaynağa istinadən verdiyi məlumata görə, nazir müavini böyük məbləğdə rüşvət almaq ittihamı ilə həbsə alınıb.

Xəbəri Qazaxıstanın Müdafiə Nazirliyi təsdiqləyib. Müttəhim Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılır.

Maykeyev nazir müavini postunu 2011-ci ildən tuturdu.

Qeyd edək ki, son vaxtlar Qazaxıstanda bu qəbildən qalmaqallı həbslər tez-tez baş verir.


AzNews.az