Taksimdə güclü partlayış - Yaralılar var

Taksimdə Kazancı yokuşu adlanan ərazidə güclü partlayış baş verib.


Partlayışın səbəbinin təbii qaz ola biləcəyi iddia edilir. Hadisə yerində çoxlu sayda yaralıların olduğu xəbər verilir. Yaralıların vəziyyətinə dair dəqiq bir məlumat yoxdur. .Beyoğlu Bələdiyyə Başçısı Əhməd Misbah Demircanın da hadisə yerində olduğu bildirilir.
Rəsmilərin açıqlamasına görə, hadisənin bir sənət qalereyasında, qaz sızması nəticəsində baş verdiyinin ehtimal edildiyi, 4 yaralının olduğu və terror hadisəsi olmadığı bildirilir. Yaralıların vəziyyətinə dair dəqiq məlumat verilmir.
Təhlükəsizlik gücləri ikinci bir partlayış riskinə qarşı təhlükəsizlik tədbirləri görür. Bölgə boşaldılır.
Media işçiləri və vətəndaşlar hadisə yerindən uzaqlaşdırılır.
İstanbul valisi Hüseyn Avni Mutlu hadisənin təbii qaz və ya balon qazının partlamasından qaynaqlandğını təstiqləyib.
Polis vertolyotu da havadan hadisəni araşdırır.


Elman
AzNews.az