“Mehriban Əliyevaya mane olmaq lazımdır”

"Qarabağ xalçası" qurum Qarabağda daha bir yerli şöbəsini açmağa hazırlaşır.

"Axar.az"ın erməni mediasına istinadən verdiyi məlumata görə, indiyə qədər Şuşa və Xankəndində analoji bölmələri olan "Qarabağ xalçaları" təşkilatının rəhbəri Sevak Xaçaturyanın bildirib ki, beynəlxalq aləmdə təbliğatlarını artırmağa ehtiyac var: "Məqsədimiz Qarabağ xalçalarının populyarlığını özünə qaytarmaq, bununla da Azərbaycanın bu istiqamətdə təbliğatına son qoymaqdır. Bilirsiniz ki, Qarabağ xalçaları böyük missiya daşıyıcılarıdı. Bunlar bütün dünyada rəğbətlə qarşılanır. Qarabağ xalcaları 10 əsrlik tarixə malikdir. Burada siyasi revanj da müzakirə mövzusudur. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva beynəlxalq müstəvidə Qarabağ xalçalarını tanıtmaqla Azərbaycanın adına yazdırır. Ona mane olmaq, onun bu addımlarını önləmək üçün üzərimimizə böyük məsuliyyət və vəzifə düşür".


AzNews.az