Rusiya ombudsmanı Kiyevə vasitəçi göndərildi

Rusiya prezidenti Vladimir Putin ombudsman Vladimir Lukini vasitəçilik missiyası ilə Kiyevə göndərib.

Musavat.com-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

"Ukrayna tərəfinin təşəbbüsü ilə bu gün Putinlə Yanukoviç arasında telefon danışığı olub. Danışıqlar zamanı Yanukoviç Rusiya dövlət başçısına Ukrayna müxalifəti ilə danışıqlar prosesində vasitəçi qismində iştirak eləmək üçün Kiyevə Rusiyanın nümayəndəsini göndərməyi təklif edib" – deyib Putinin sözçüsü.

Onun sözlərinə görə, Kreml başçısı da bu missiyanı Lukinə həvalə edib. "Məlum olduğu kimi, Vladimir Petroviç Lukin diplomatik xidmət sahəsində zəngin təcrübəyə, hüquq müdafiəçiləri arasında böyük nüfuza malikdir və böyük bir müxalifət partiyasının rəhbəri olub" – əlavə edib Peskov.



AzNews.az