İran Ermənistanla əlaqələri genişləndirir

"İran Ermənistanla hərtərəfli əlaqələri genişləndirməyə hazırdır".

"Axar.az" "İRNA"ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mərziyyə Afham deyib. İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ermənistan Televiziya və Radio Komissiyasının sədri Qaqik Buniatyanla görüşündə Ermənistanla bütün istiqamətlərdə olduğu kimi media sahəsində də əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirib. Xatırladaq ki, İran tərəfinin xahişi ilə Qaqik Buniatyanın rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 17-də İrana səfərə gəlib. Keçirilən görüşlərin nəticəsi olaraq, İran və Ermənistanın televiziya qurumları arasında sənədin imzalanması gözlənilir.


AzNews.az