Ukrayna Ali Radasının sədri və müavini istefa verdi- Yenilənib (Canlı yayım)

Ukrayna Ali Radasının plenar sessiyası öz işinə başlayıb.

AzNews.az-ın məlumatına görə, iclasda Ali Radanın sədri Vladimir Rıbakın istefa ərizəsi sessiyaya təqdim olunub. V. Rıbak istefa ərizəsi parlament tərəfindən qəbul olunub. O, istefasını səhhətində yaranan problemlə əlaqələndirib.

Sessiyada müxalifətin hazırladığı prezident Viktor Yanukoviçin istefasını tələb edən sənəd də parlamentə təqdim edilib.(12.33)

***
AzNews.az xəbər verir ki, sessiyada həmçinin parlamentin sədr müavini İqor Kaletnik də istefa verib. O, isə istefasının səbəblərini açıqlamayıb.

Hazırda Ali Rada krizisdən çıxış yollarını və ölkənin idarəçiliyi ilə bağlı məsələlərin müzakirəsi davam edir. Müxalifətdən olan deputatlar V. Yanukoviçin parlamentdə hesabat verməsini və istefaya getməsi tələbini iəli sürürlər.


AzNews.az