Professor tələbəsinin çılpaq şəkillərini internetdə yaydı

Türkiyənin Əskişehir şəhərindəki Anadolu Univestitetinin professoru evində qonaq etdiyi tələbə qızın çılpaq şəkillərini "İnstagram"da yayıb.

1 uşaq atası olan boşanmış professor gənc qızın çılpaq halda kitab oxuyarkən, siqaret çəkərkən, həmçinin özü ilə yanaşı uzanmış halda şəkillərini çəkib. Ümumilikdə 4 şəkildən 3-də çılpaq təsvir edilmiş qızın şəkilləri 10 dəqiqəyə yaxın şəbəkədə qalıb. Bu zaman professorun izləyiciləri - tələbələr və həmkarları şəkilləri öz bilgisayarına yükləyiblər.

10 dəqiqədən sonra professor şəkilləri şəbəkədən silib. Amma Anadolu Universiteti məsələni bu yerdə qoymayıb və rektorluq məsələ ilə bağlı instintaqa başlayıb. Yerli qəzetə müsahibə verən professor şəkilləri kimin yaydığını bilmədiyini deyib. Amma buna baxmayaraq, o, Universtitetin tarix şöbəsinin rəhbərliyindən uzaqlaşdırılıb. Hadisədə adı hallanan qız tarix fakültəsində oxuyur. O, kəsiri üzündən universteti bitirə bilməyib və buna görə də ara-sıra dərslərə gəlir.

Hadisədən sonra onu ali məktəbdə görən olmayıb.(ANS PRESS)