Yanukoviçin offşor zonalarda 70 milyard dolları aşkarlandı

Yanukoviç-Azarov hakimiyyətinin offşor zonalarda 70 milyard dollar pulu aşkarlanıb.

"Axar.az" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Ukrayna Baş naziri postuna ən real namizədlərdən olan Arseni Yaçenyuk Ali Radada çıxışı zamanı bildirib. Yaçenyuk bildirib ki, hazırda dövlət xəzinəsi dağıdılıb və boşdur, buna görə də hər şeyin yaxşı olacağına nə indi, nə də sabah təminat verə bilər. Onun sözlərinə görə, dövlətin borcu 75 milyard dollar təşkil edir:

"Qızıl fondundan 20 milyard dollardan çox pul talan edilib, kredit götürülmüş 37 milyard dolların aqibəti bəlli deyil. Keçmiş hakimiyyət offşor zonalarındakı bank hesablarına 70 milyard dollardan çox pul ötürülüb".

AzNews.az