Ukrayna çeçenlərindən Kadırova ETİRAZ


"Ukraynada yaşayan çeçen xalqının həyatına və onların biznes fəaliyyətinə hər hansı bir təhlükə yoxdur".

Bu sözləri Ukrayna mətbuatına açqılamasında Ukraynada fəaliyyət göstərən "Çeçen Xalqının Diasporu" təşkilatının sədri Salman Sadayev Çeçenistan lideri Ramazan Kadırovun dediklərinə cavab olaraq deyib.
Salman Salayev həmçinin diaspor təşkilatı olaraq Ukraynadakı proseslərə müdaxilə etməmək haqda qərar qəbul etdiklərini də bildirib:

"Diaspor olaraq qərara almışıq ki, Ukraynadakı siyasi proseslərə müdaxilə etməyək. Ona görə də Ramazan Kadırovun hansı məqsədlə bu sözləri dediyini anlaya bilmirəm".

Xatırladaq ki, Ramazan Kadırov Ukraynadakı inqilabı tənqid edərək, bu ölkədə yaşayan çeçenlərin həyatına və biznes fəaliyyətinə real təhlükə olduğunu deyib.

İlqar
AzNews.az