Ali Radadan qərar: Xarici dövlətlərin qoşunları Ukraynadan çıxarılsın

Ukrayna parlamenti ölkə ərazisində mövcud olan xarici hərbi birləşmələrin çıxarılması ilə bağlı qərar qəbul etdi.

AzNews.az-ın Ukrayna Ali Radasının rəsmi saytına istinadən verdiyi məlumata görə, parlamentin bu gün keçirilən plenar iclasında 239 depuatat bu qərar layihəsinin leyhinə səs verib.

Səsvermədən əvvəl Ali Radanın sədri, Ukrayna prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Turçinov bildirib ki, BMT Təhlükəsizlik Şurasının ötən gün keçirilən iclasında Rusiyanın bu qurumdakı nümayəndəsi rus ordusunun Ukraynaya daxil olması istefaya göndərilmiş prezident Viktor Yanukoviçin dəvəti ilə reallaşıb.

A.Turçenov vurğulayıb ki, əslində isə xarici hərbi birləşmənin ölkəyə daxil olması ilə bağlı qərar yalnız parlament tərəfindən verilə bilər. Bu isə Rusiyanın beynəlxalq qanunları pozmasından xəbər verir: "Rusiya öz hərbi birləşmələrini Ukrayna ərazisindən çıxarmalıdır. Həmçinin, Qara dənizdə yerləşən Rusiyaya məxsus Hərbib Dəniz Qüvvələri də daimi dislokasiya yerinə qaytarılmalıdır.

Məhəmməd
AzNews.az