«F-16»-lar «İL-20»-nin uçuşunu əngəlləyib

Qara dəniz sahillərinə yaxın uçan Rusiyanın kəşfiyyat təyyarəsinin qarşısını almaq üçün Türkiyənin "F-16" qırıcıları havaya qaldırılıb.

Lent.az-ın Türkiyə "NTV"-sinə istinadən məlumatına görə, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahından yayılan xəbərə əsasən, Rusiya Federasiyasına aid "İl-20" kəşfiyyat təyyarəsi Qara dənizin hava məkanında Türkiyə sərhədlərinə paralel uçuş edərkən, ölkənin Hava Qüvvələri komandanlığı 8 "F-16" qırcısı ilə onun uçuşu davam etdirməsinin qarşısını alıb.


AzNews.az