Abdulla Şaiqin Borçalıdakı ev-muzeyi dağılır

Görkəmli Azərbaycan yazıçısı, şair və pedaqoq Abdulla Şaiqin Gürcüstandakı Ev Muzeyi tamamilə bərbad vəziyyətdədir.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, muzey 2001-ci ildə Marneuli şəhərindəki Karkaraşvili küçəsində, şəxsi evdə yaradılıb. Muzeyin yaradılması Abdulla Şaiqin 120 illik yubileyinə təsadüf edib.

A.Şaiqin qohumu Kəmalə Axundova APA-ya açıqlamasında 2001-ci ildə onların evində muzeyə bir otaq ayrıldığını bildirib: "Bu təklifi mərhum Kamal Talıbzadə irəli sürüb. 2001-ci ildə muzeyin rəsmi qonaqların iştirakı ilə açılışı olub. Lakin indi demək olar ki, muzey yox dərəcəsindədir. Əlimizdə olan 34 şəkli də Marneulidəki Mədəniyyət Mərkəzinə təhvil verdik ki, itib-batmasın. Muzeyin bərpası və qeydiyyatı ilə bağlı Mədəniyyət Mərkəzi dəfələrlə Azərbaycan və Gürcüstan mədəniyyət nazirliklərinə, Azərbaycan səfirliyinə və bir çox əlaqədar təşkilatlara müraciət etsə də, heç bir nəticə hasil olmayıb".


AzNews.az