Sevastopol Rusiyanın tərkibinə qatılır - Qərar

Sevastopol Şəhər Şurası bu gün növbədənkənar iclasını çağırıb.
"Axar.az" xəbər verir ki, iclas zamanı Sevastopolun Rusiya Federasiyasının tərkibinə qatılması ilə bağlı qərar qəbul edilib.
Şuranın qəbul etdiyi 7151 nömrəli qərar Sevastopolun rəsmi saytında yerləşdirilib:
"Birinci. Sevastopol Rusiyanın tərkibinə keçir. İkinci. Krım Muxtar Respublikasının qəbul etdiyi referendum qərarını qəbul etmək və martın 16-da keçiriləcək referendumda iştirak etmək".