- Köhnə - Region
- 14 Mart 2014 08:11
- 2 490
Putinlə Həsən Ruhani razılığa gəldi

Söhbət zamanı ikitərəfli və beynəlxalq gündəlikdə olan aktual məsələlər müzakirə olunub. Belə ki, Putin və Ruhani ümumi layihələrin ardıcıl reallaşdırılmasını əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı istəklərini təsdiqləyiblər.
"Fikir mübadiləsi zamanı Vladimir Putin İranın nüvə proqramına dair "altılıqla" danışıqlarda Tehranın konstruktiv yanaşmasını müsbət qiymətləndirib", - mətbuat xidmətinin məlumatında deyilir.
Bundan başqa, dövlət başçıları beynəlxalq və regional məsələlər üzrə, o cümlədən növbəti Xəzər sammitinin hazırlanması ilə bağlı fəal dialoqu davam etdirmək razılığına gəliblər.
AzNews.az