- Köhnə - Region
- 19 Mart 2014 10:41
- 2 240
Yeni hökumətdə vəzifə veriləcək tatarların adları açıqlandı- Krımda

AzNews.az-ın məlumatına görə, Rusiyanın "Life News" televiziya kanalına müsahibə verən Rüstəm Temirqalıyev bildirib ki, Krımın yeni hökumətində təmsil olunan tatarlar Krım Tatar Xalq Məclisinin təqdimatı ilə bu posta təyin olunacaqlar: "Artıq Krım Respublikasının rəhbərliyi ilə Krım Tatar Xalq Məclisi arasında bununla bağlı ümumi razılıq əldə olunub".
O, hakimiyyətdə təmsil olunacaq Krım türklərinin adlarını da açıqlayıb: "Krım Tatar Xalq Məclisinin qurultayının üzvü, respublikanın Ali Sovetinin deputatı Rəmzi İlyasov Krım parlamentinin sədr müavini, baş nazirin müavini isə həmin məclisin üzvü Zaur Smirnov təyin ediləcək".
Məhəmməd
AzNews.az