Saakaşvili prokurorluğa çağırıldı - O, beynəlxalq axtarışa verilə bilər


Gürcüstanın eks - prezidenti Saakaşvili cümə axşamı Baş prokurorluqda sorğu - suala tutulmalıdır.

AzNews.az - ın İnterfax - a istinadən verdiyi xəbərə görə, Baş prokurorluğa çağırılmasını bildirən sənəd onun anası Qiuli Alasaniyaya verilib. Məlumatda bildirilir ki, sabiq prezident 27 mart saat 13:00 - da bir neçə cinayət işləri üzrə şahid kimi dindirilmək üçün prokurorluğa çağırılır.
Sabiq prezidentin ansaı jurnalistlərə bildirib ki, o, çağırış vərəqəsi alması barədə hələ ki, oğlunu məlumatlandıra bilməyib..
Məsələ barədə açıqlama verən Prokurorluğun mətbuat katibi Konstantin Kaçitadzenin deyib ki, eks-prezident hazırda toxunulmazlıq hüququna malik deyil, ona görə də onun istintaqa gəlməməsi üçün ciddi bir səbəb olmalıdır. Onun sözlərinə görə, Gürcüstan qanunvericiliyinə əsasən Saakaşvili prokurorluğa gəlmədiyi təqdirdə onun barəsində axtarış elan etmək olar.
Xatırladaq ki, keçən ilin noyabr ayında Mixail Saakaşvili Gürcüstanı tərk edərək, müvəqqəti yaşamaq üçün ABŞ - a gedib. İlkin məlumatlara görə onun prokurorluğa çağırılması ola bilsin ki, Baş nazir Zurab Jvaniyanın ölümü ilə bağlıdır.

Zakir
AzNews.az