- Köhnə - Region
- 25 Mart 2014 18:10
- 4 456
Orxan Zeynalovun cinayət işinin istintaqı yekunlaşıb

AzNews.az xəbər verir ki, bu məlumatı RİA Novosti - yə Moskva İstintaq İdarəsinin rəsmi nümayəndəsi Viktoriya Çıplenkova bildirib.
Məhz keçən ilin 10 oktyabr gecəsi Şerbakovun öldürülməsindən sonra Cənubi Biryulevoda kütləvi iğtişaşlar törədilib və bunun nəticəsində 400 nəfərə yaxın şəxs tutularaq istintaqa cəlb edilib.
"Azərbaycan Respublikasının vətəndaşı Orxan Zeynalova qarşı qaldırılan cinayət işinin istintaqı yekunlaşıb. Hazırda müttəhim və onun müdafiəçisi cinayət işinin yekun variantı ilə tanış olmaq imkanına malikdirlər", - deyə agentliyin əməkdaşı qeyd edib.
Əli
AzNews.az