Tanınmış aktyor üçün qərar günü

AzNews.az xəbər verir ki, Türkiyədə xeyli tamaşaçı rəğbəti qazanan "Kim milyonçu olmaq istəyər" telemüsabiqəsinin aparıcısı, məşhur aktyor Kənan İşığın səhhəti ilə bağlı bu gün qərar veriləcək. Onun yenidən yuxuya verilib, verilməməsi həkimlərin aktyorun səhhəti ilə bağlı edəcəyi testdən sonra bəlli olacaq.

Xatırladaq ki, 67 yaşlı məşhur teleaparıcı idman zalında qəfildən yıxılaraq, beyninə qan sızmışdı. Təcili olaraq əməliyyat şöbəsinə alınan aparıcının üzərində həkimlər cərrahiyyə aparıb. O, 12 gündür həkimlər tərəfindən iynə vuruluraq yatızdırılır.

Xəyalə
AzNews.az