- Köhnə - Region
- 1 Aprel 2014 11:55
- 4 199
Krıma səfər etmək istəyənlər Rusiya vizası almalıdır
AzNews.az-ın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin yeni qərarına əsasən Krıma səfər etmək istəyən əcnəbi vətəndaşlar Rusiya Federasiyasının diplomatik nümayəndəliklərində yaxud konsulluq idarələrində viza almalıdırlar.
Həmçinin qeyd olunub ki, Ukrayna qanunvericiliyinə uyğun Krıma vizasız gəlmiş xarici vətəndaşlar isə yarımadanı tərk etmək üçün Rusiya XİN-in Simferopoldakı nümayəndəliyinə müraciət etməli olacaqlar.
AzNews.az