Psixotrop maddə hazırlayan labaratoriya aşkar edilib


Polis hücumla Moskva ətrafındakı Volokolamskda psixotrop maddə amfetamin hazırlanan labaratoriyanı ələ keçirib.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, polislər Volokolamskda cinayətkar qrupu zərərsizləşdiriblər. Bu qurup labaratoriya yaradaraq psixotrop maddə olan amfetamin preparatı hazırlayıblar. Hazırlanan saxta preparat bütün Moskva ətrafında yayılıb.

Qeyri qanunu labaratoriyadan baxış zamanı 7 kq qadağan olunan maddə də müsadirə edilərək dövriyyədən çıxarılıb.

Azər
AzNews.az