Türkiyədə bələdiyyə başçısı saxlanıldı

Türkiyədə Siirt vilayətinin bələdiyyə başçısı Mehmet Məsud Səadət Partiyasının namizədi Bəhmən Aydının ölümündə şübhəli bilinərək saxlanılıb. Bu barədə "JazeeraTurk" telekanalı xəbər yayıb.

Məsudla yanaşı, daha dörd nəfər də saxlanılıb. Qeyd edək ki, M.Məsud bələdiyyə seçkilərində hakim partiyadan namizəd idi.

Xatırladaq ki, Türkiyədə martın 30-da keçirilən bələdiyyə seçkilərində Səadət Partiyasından namizədliyini irəli sürən Bəhmən Aydın martın 31-də Siirt vilayətində naməlum silahlılar tərəfindən qətlə yetirilib. Daha beş nəfər isə silahlıların atəş açması nəticəsində yaralanıb.


AzNews.az