İran təxribatçı erməniləri yox, zərərçəkən türkləri həbs etdi

Aprelin 3-də Güney Azərbaycanın Culfa şəhərində ermənilərlə türklər arasında yaranan qarşıdurma kütləvi davaya səbəb olub. AzNews.az Guneynews.com saytına istinadən xəbər verir ki, kütləvi dava zamanı 4 güneyli fəal həbs edilib. Verilən məlumata görə, Culfanın "xaraba dəyirman" kilsəsinə gəzintiyə gələn milli fəallar Mehdi Kuxian, Səid Sultani, Mehdi Rzayi, Babək Kiyumərsi orada ermənilərin təhqirləri ilə üzləşib. Qarşılıqlı təhqirlər sonda əlbəyaxa davaya çevrilib. Ermənilərin əraziyə çağırdığı təhlükəsizlik qüvvələri güneyli fəalların dördünü də həbs ediblər.

Hər zaman ermənipərəstliyi ilə seçilən İranın təhlükəsizlik qüvvələrinin əməkdaşları münaqişənin qarşı tərəfi olan erməniləri sərbəst buraxıb.

Elman