Rusiyadan Qazaxıstana ərazi iddiaları - Rəsmi açıqlama - FOTO

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Xakasiya parlamentinin başçısı Vladimir Ştıqaşevin Qazaxıstanın bir sıra ərazilərinə Rusiyanın tarixi iddiaları barədə dediklərindən ciddi narahat olub.

AzNews.az - ın ANS PRESS-ə istinadən xəbərinə görə, regional spikerin adını çəkməyən XİN təmsilçiləri bildiriblər ki, Rusiyanın xarici siyasəti barədə ölkə rəhbərliyindən müvafiq qurumlardan başqa kiminsə fikir yürütməsi yolverilməzdir. Ştıqaşevin tarixə səyahəti Qazaxıstanda diplomatik qalmaqala səbəb olub. Rusiya XİN-nin məlumatında bildirilir ki, buna prinsipial qiymət veriləcək.

Həmçinin nazirlikdən Rusiya-Qazaxıstan dostluq və müttəfiqlik münasibətlərinin əbədi olduğu vurğulanıb.

Qalmaqal Rusiya Federasiyasına daxil olan Xakasiya Respublikasının Ali Sovetinin sədri Vladimir Ştıqaşev Ali Sovetin Rəyasət Heyətinin iclasında dediyi sözlər səbəb olub.

Vladimir Ştıqaşev iclasda söyləyib: "Tarixçilərin çoxu son 70 ilin tarixindən bir şey bilmir. Şərqi Qazaxıstan vilayəti və ya filizli Altay. Filizli Altay həmişə Rusiyanın tərkibində olub. Qazaxıstanın ərazisi kiçik olub, İşim vilayətinin (Omsk vilayətinin) bir hissəsini ona vermək qərara alınıb. Verdilər və Karaqanda şəhərini saldılar. Bütünlükdə, biz Qazaxıstana beş vilayət verdik və bundan sonra Qazaxıstan Muxtar Sovet Sosialist Respublikası muxtariyyətdən çıxarılaraq Qazaxıstan Sovet Sosialist Respublikasına çevrildi. Bu ərazini xırda pul kimi verdilər".

Bu, Qazaxıstanın tanınmış ictimai xadimi Murat Auezovu ciddi narahat edib və o, Qazaxıstan Xarici İşlər Nazirliyinin bununla bağlı Rusiyaya nota yollamasının vacibliyini bildirib. Qazaxıstanın xalq yazıçısı Muxtar Şaxanovun sözlərinə görə, həmin torpaq uğrunda qazax xalqı qan töküb: "Lazım olsa, xalq qalxacaq. Qazaxıstan Ukrayna deyil. Bizdə heç zaman Krım alınmayacaq! Qoy bunu bizim Rusiya və Çindəki qonşularımız bilsin".

Vladimir Ştıqaşev

SSRİ. 30 dekabr 1922-ci il.


İndiki Qazaxıstanın ərazisi Qırğız MSSR və Türküstan MSSR kimi Rusiya Federasiyasının (RSFSR) tərkibinə daxil idi.

AzNews.az