Facebook-da elan verdi: sevgilisini və özünü öldürdü - FOTO

Türkiyənin Şanlıurfa şəhərində dəhşətli hadisə baş verib. Kahramanmaraş sakini 24 yaşlı Fatma Kapmiş adlı qız hərbçi sevgilisi 27 yaşlı Bestami İstekinin nişanlanacağı xəbərini eşidəndə onun yaşadığı mənzilə gəlib. Qız əvvəlcə sevgilisini, sonra isə özünü öldürüb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cəsədlər uzun müddət mənzildə qaldıqdan sonra, hüquq mühafizə orqanlarının müdaxiləsi nəticəsində sevgililərin meyitini tapmaq mümkün olub. Hər iki şəxsin cəsədi müayinə üçün morqa göndərilib.

Məlumat üçün bildirək ki, sevgilisini öldürdükdən sonra intihar etdiyi ehtimal edilən gənc qız Facebook-da "Qatili axtarmayın, bu dünyadan bərabər köçmək hər ikimizin qərarıdır", "Mən də səni sevirım Bestami İstək", "Artıq Facebook-dan istifadə etməyəcəm, sağolun sevdiyim insanlar" və bu kimi bir neçə status yazıb.




İntiqam Valehoğlu
AzNews.az