Rusiya Ukraynaya hərbi müdaxiləni leqallaşdırmağa çalışır

Rusiya Ukraynanın şərq vilayətlərinə hərbi qüvvələrini yeritmək istəyir.
AzNews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, Rusiya Federasiya Şurasında Ukraynanın cənub-şərq vilayətlərinə sülhməramlı qüvvələr yeridilməsi müzakirəyə çıxarılıb.

Bu təkliflə çıxış edənlər deyib ki, Ukraynanın şərqində hökumət qüvvələri ilə ölkənin federasiyalaşması tərəfdarları arasındakı silahlı toqquşmaların qarşısının alınması üçün bu ölkəyə sülhməramlı kontingent göndərilməlidir. Şura üzvləri hesab ediblər ki, "Cenevrə razılaşması"nın davamı olaraq, Rusiya, ABŞ, Avropa İttifaqı və Ukrayna arasında bu məsələ müzakirə edilməlidir.Federasiya Şurası bu məsələnin aprelin 29-da qurumun ümumi müzakirəsinə çıxaracaq.

Aydan
AzNews.az