Ukraynada müharibə başladı - Slavyanskda qızğın döyüşlər gedir – VİDEOLAR (Yenilənib)

Ukrayna Silahlı Qüvvələri ölkənin cənub-şərqində üstünlüyü bütünlüklə ələ almaq istəyən rusiyameyilli separatçılara qarşı hərbi əməliyyatlara başlayıb.

AzNews.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bölgənin Donetsk vilayətinin Slavyansk şəhərində aktiv hərbi əməliyyatlara start verilib. Mövqelərini itirmək istəməyən separatçılar silahlı müqavimət göstərirlər. Ukrayna hüquq-mühafizə orqanlarının xüsusi dəstələri əməliyyatlara saat 05.00-da başlayıblar.

Slavyanskda olan jurnalistlərin yazdığına görə, hər iki tərəf iriçaplı avtomat silahlardan, güc strukturları isə əlavə olaraq, helekopter və zirehli texnikadan istifadə edir. Şəhərdə atəş və partlayış səsləri eşidilir. Hələlik döyüşlərin əsas hissəsi şəhər ətrafında gedir. Ukraynalı jurnalistlərin məlumatına görə, döyüşlərə separatçılar tərəfdən Rusiya Baş Kəşfiyyat İdarəsinin yüksək çinli zabiti İqor Strelkov şəxsən rəhbərlik edir. (10:26)

***

Ukraynanın Daxili İşlər Nazirliyi rusiyameyilli separatçıların nəzarətində olan Slavyansk şəhərində aparılan antiterror əməliyyatı barədə açıqlama verib.

AzNews.az-ın məlumatına görə, nazir Arsen Avakov bildirib ki, şəhər ətrafında separatçılara 9 post dağıdılıb: "Terrorçular əsgərlərə atəş açıb. Ölən və yaralananlar var. Şəhər tam olaraq mühasirəyə alınıb. Əməliyyat bitənə qədər şəhərə giriş və çıxış bağlanılıb. Şəhərdə muzdlu separatçılarla əsl döyüş gedir". A.Avakov terrorçular gizlənmək üçün mülki vətəndaşlardan istifadə edirlər. Nazir Slavyansk və Kramatorsk şəhərinin əhalisini evlərində bayıra çıxmamağa və ehtiyatlı olmağa çağırıb: "Biz, müdafiə naziri və Milli Qvardiyanın komandanı ilə birgə burdayıq".

Bu arada isə Rusiya mətbuatının separatçıların nəzarətində olan əməkdaşlarının verdiyi məlumata görə, Slavyanskda Ukrayna Silahlı Qüvvələrinə məxsus 3 hərbi helekopter vurulub. Vurulan helekopterlərdən birinin pilotu ölsə də digəri yaralı vəziyyətdə separatçıların əlinə keçib.

Hadisə yerindən VİDEONU buradan izləyə bilərsiniz.







Əhməd
AzNews.az