Antalyada ruslar qəzaya düşdü - 1 ölü, 11 yaralı



Türkiyənin Antalya aeroportundan kurort şəhəri Sideyə gedən yolda turistləri aparan avtobus aşıb.

AzNews.az İTAR - TASS - a istinadən xəbər verir ki, Antalyadakı RF - nın Baş konsulluğunun məlumatına görə 4 mayda, səhər saat 11:00 - da Side rayonu ərazisində bir nəfər qızın ölümü və 11 nəfərin yaralanması ilə nəticələnən yol - nəqliyyat hadisəsi baş verib.

Ölən və yaralananların hamısı rusiyalı turistlərdir.

Azər
AzNews.az