Ermənistan Azərbaycanla sərhəddə itən zabitini axtarır

Ermənistan ordusunun "N" saylı hərbi hissəsindən itən zabitin axtarışları hələ də davam edir.

Modern.az erməni mətbuatina istinadən verdiyi xəbərə görə, Ermənistan Müdafiə Nazirliyinin bununla bağlı xəbər yayıb. Xəbərə əsasən beş gündür aparılan axtarışlar hələ də heç bir nəticə verməyib.

Qeyd edək ki, Ermənistanın Vayotsdzor vilayətində yerləşən hərbi hissənin baş leytenantı may ayının birində itib. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəd ərazidə zabitin itməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. İlkin ehtimala görə, zabit çayda boğulub.


AzNews.az