Krımda tatarlara qarşı təzyiq- Refat Çubarov həbs olunacağını dedi

Krım Tatar Xalq Məclisinin sədri Refat Çubarov Rusiya dövləti tərəfindən ona qarşı yönələn təhlükədən danışıb.

AzNews.az-ın verdiyi məlumata görə, R. Çubarov zn.ua xəbər saytına açıqlamasında bildirib ki, ona qarşı cinayət işinin qaldırılacağını və həbs olunacağını istisna etmir: "Baş verənlər və proseslər belə qənaətə gəlməyə əsas verir ki, tatar liderlərinin zərərsizləşdirilməsi istiqamətində işlər gedir. Bizə qarşı atılan addımlar heç də yaxşı bir şey vəd etmir".
R. Çubarov vurğulayıb ki, yönələcək təzyiq və təhdidlər, hətta həbslər Krım tatarlarının taleyini, kimliyini və milli hərəkatının məqsəd və məramını dəyişə bilməyəcək: "Mustafa Cəmilovun Krıma buraxılmaması və digər məhdudiyyətlər tatar hərəkatının xaotik vəziyyətə salmaq iqtidarında deyil".

Əhməd
AzNews.az