Ukraynadakı separatçıların əyləncəli şəkilləri yayıldı – FOTO

Ukraynanın şərq vilayətlərində rusiyameyilli separatçıların yaratdığı silahlı qruplaşmaların üzvlərinin maraqlı fotoşəkilləri yayılıb.

AzNews.az-ın məlumatına görə, Tatyana Şepilova adlı şəxsin sosial şəbəkədəki ünvanından yayımlanan şəkillərdə qondarma "Donetsk Xalq Respublikası"nın döyüşçülərinin əyləncəli şəkilləri yer alıb.

Şəkilləri paylaşan T. Şepilova da döyüşçülərin arasındadır. T. Şepilova Donetsk vilayətinin Kramatorsk şəhərində doğulub, böyüyüb və orada da yaşayır. O deyib ki, soydaşlarına kömək etmək məqsədilə onlara qoşulub. Ona isə "hərbi tibb bacısı" vəzifəsini veriblər.

Şəkildə yer alan kişi döyüşçülərindən biri isə Aleksandır Tezikovdur. O separatçılara qoşulmazdan əvvəl Donetskdə taksi sürücüsü işləyib.

Aydan Axundova
AzNews.az
image description image description image description image description image description image description image description image description image description image description