Türkiyədə “Çırpınırdı Qara dəniz” erməniləşdirildi- Video

Türkiyənin hökumətə yaxınlığı ilə tanınan "Sabah" qəzeti "Çırpınırdı Qara dəniz" mahnısının erməni bəstəsi kimi təqdim edib.

"Qafqazinfo" "Sabah" qəzetinə istinadən xəbər verir ki, Türkiyənin Mədəniyyət Nazirliyi erməni aşıq Ssayat Novanın əsərlərinin türk və erməni dillərində çap edilməsi ilə bağlı qərar qəbul edib. Bu addım Türkiyə tarixində ilk dəfə olaraq ermənicə yazılan bir əsərin dövlət səviyyəsində nəşr edilməsi kimi təqdim edilib.

"Sabah" qəzeti Ermənistanın Yunus Əmrəsi kimi tanınan Sayat Novanın mahnılarına misal olaraq Türkiyədə geniş yayılan "Çırpınırdı Karadeniz" mahnısının adını çəkib. Həmçinin qeyd edilib ki, erməni aşıq mahnılarını adətən erməni, gürcü və azərbaycan dillərində yazıb.

Qeyd edək ki, Çırpınırdı Qara dəniz" mahnısının sözləri Əhməd cavad musiqisi isə Üzeyir Hacıbəyova məxsusdur.