Putindən geriyə qəfil addım

"Federallaşma tərəfdarlarından xahiş edirik ki, 11 may referendumunu daha uzaq tarixə keçirsinlər..."
"Rusiya Ukrayna böhranının qısa zamanda və ölkənin bütün vətəndaşlarının maraqları nəzərə alınmaqla həllində maraqlıdır".

Musavat.com-un Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, bu sözləri prezident Vladmir Putin ATƏT-in hazırkı sədri, İsveçrə prezidenti Didye Burkxalterlə bu gün Moskvada keçirdiyi görüşün nəticələrindən danışarkən deyib.

"Ən əsası Kiyevin hazırkı hakimiyyəti ilə cənub-şərqi Ukrayna əhalisi arasında birbaşa və keyfiyyətli dialoqun qurulmasıdır. Ancaq Ukraynada situasiya ən pis variant üzrə inkişaf eləməkdədir... Bununla əlaqədar Rusiya federallaşma tərəfdarlarından xahiş edir ki, 11 may referendumunu daha uzaq tarixə keçirsinlər. Ki, dialoq üçün zəmin yarana bilsin" – deyib Putin.

AzNews.az