- Köhnə - Region
- 7 May 2014 18:46
- 4 058
Universitetdə radikal islamçılar təhsil ala bilməyəcək
ANS TV-nin məlumatına görə, sözügedən universitetdə radikal islamçıların təhsilinə imkan verilməyəcək.
Moskvada yaşayan həmyerlimiz Əli Axundzadə dini təhsil almaq üçün uşaqlıqdan xaricdə oxumağı arzulayıb. Ancaq son illər xaricdə təhsil alan gənclər arasında radikal dini təriqətlərin yayılması onu bu fikrindən daşındırıb və təhsilinə elə yaşadığı yerdə Moskvada davam etməyə gərar verib.
Əli Axundzadə deyir ki, burada təhsil almağımın səbəbi tədrisin rus dilində olmasıdır: "Çünki mən rus dilini çox gözəl bilirəm və dinimizi də bu dildə daha yaxşı anlayıram. Həm də biz İslam dinini Rusiyada yaşayan insanlar arasında təbliğ edəcəyimiz üçün elə burada tədris almağımız çox faydalıdır. Xaricdəki məktəblərdə isə ölkəmizin şərtləri diqqətə alınmır".
Bu il guruluşunun ikinci ildönümünü geyd edən Moskva İslam Universitetində gələcəyin din adamları yetişdirilir. 300 tələbənin təhsil aldığı bu təhsil ocağında, İslam dininin əsaslarıyla yanaşı, hafizlik dərsləri də keçilir.
Universitet prorektoru Rais İzmayılovun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin keçən il dini icma başçılarıyla görüşündə öz dini mədrəsələrimizi, ali məktəblərimizi qurmaq tapşırığı verdi: "Biz də bu tapşırığa əsasən universtitetimizdəki tədrisin səviyyəsini xarici ölkələrdəki səviyyəyə çatdığmağa və hətta onları da keçməyi qarşımıza məqsəd goyduq. Bu yolda böyük irəliləyiş əldə etdiyimizi deyə bilərəm".
Rusiya müftisinin müavini Ruşən Abyasov isə Rusiyanın xaricdə radikal fikirlərlə yetişən din adamlarına ehtiyacı olmadığını deyir:
"İslam dinində radikalizmə yer yoxdur. Ona görə də bəzi ərəb ölkələrinə gedib orda geyri-rəsmi fəaliyyət göstərən, gizli yerlərdə yerləşən və heç kimin tanımadığı alimlərdən elm öyrənənlərə Rusiyanın ehtiyacı yoxdur. Çünki onlar xətalı fətvalar verərək ölkədə fitnə çıxarırlar".
Eyni zamanda, Rusiya Müftilər Şurası din dərslərini keçəcək imamların səviyyəsini artıqmaq üçün təkmilləşdirmə mərkəzləri yaradır. Ufa və Kazanda yaradılan 2 belə mərkəzi 2014-cü ildə 700 nəfər bitirəcək. 2015-ci ilə qədər bütün din xadimlərinin öz dini biliklərini belə mərkəzlər vasitəsilə təkmilləşdirə biləcəkləri planlaşdırılır. Maraqlıdır ki, din xadimlərinə təkmilləşdirmə kurslarında İslamda radikal təriqətlərin təbliğatının neytrallaşdırılması yollarını da öyrədirlər.
AzNews.az