- Köhnə - Region
- 8 May 2014 14:49
- 4 078
Qondarma referendumun tarixi dəyişdi
AzNews.az "İnterfaks-Ukrayna" agentliyinə istinadən bildirir ki, bu barədə separatçı "Cənub-şərq birləşmiş ordu"sunun mətbuat mərkəzinin başçısı Vasiliy Nikitin açıqlama verib. O deyib ki, bununla bağlı "Luqansk Xalq Soveti" qərar qəbul edib. Referendumda Luqansk vilayətinin müstəqilliyi məsələsi səsverməyə çıxarılacaq.
Luqansk separatçı dəstələrindən birinin lideri Aleksey Çmilenko qeyd edib ki, "referendum"un heç bir halda təxirə salına bilməz.
Xatırladaq ki, Luqanskda "referendum" mayın 7-də keçirilməli idi. Bundan başqa Donetsk separatçıları da "referendum"la bağlı qəbul edib.
Aydan Axundova