- Köhnə - Region
- 8 May 2014 19:45
- 5 684
Jirinovskinin “cipləri“ Ukraynaya daxil oldu - VİDEO
ANS PRESS-in məlumatına görə, zirehli avtomobil Jirinovskidən hədiyyə olaraq separatçılara təqdim olunub.
"Bu maşın müdafiə fəaliyyəti üçün faydalıdır. "Tiqr" yalnız güc strukturlarının xüsusi sifarişi əsasında istehsal olunur. O, xüsusi əməliyyatlar üçün nəzərdə tutulub və istənilən bataqlıqdan keçə bilər. "Tiqr" üzərində odlu silah və müxtəlif qurğular quraşdırılıb", - deyə Jirinovski bildirib.
Dumanın keçmiş vitse-spikeri əlavə edib ki, "Tiqr" zirehli maşınından əlavə onun Ukrayna separatçılarına daha bir maşın hədiyyəsi var. "Hələ bir "Volqa" da var. Maşın köhnədir, Brejnev dövrünündür. Amma içərisi yenidir. ABŞ istehsalı mühərriki var. Mən "Volqa"nı Kiyevə daxil olaraq Ali Rada üzərində rus bayrağını asan şəxsə hədiyyə edəcəm", - deyə Vladimir Jirinovski vəd edib.
AzNews.az