- Köhnə - Region
- 9 May 2014 07:10
- 3 630
Bu günə terror planlaşdıranlar tutuldu
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) ölkənin şərqində yerləşən Nikolaeva şəhərində terror aktı hazırlayan 2 nəfəri saxlayıb.
AzNews.az-ın məlumatına görə, UTX-nin mətbuat katibliyinin verdiyi açıqlamada bildirilib ki, terrorçular 9 May Qələbə bayramı münasibətilə veteranların Naməlum Əsgər Qəbrinə və "Olşan Qəhrəmanları"nın şərəfinə ucaldılan abidəyə gül qoyarkən partlayış planlaşdırıblar.
Saxlanılanların birinin 36, digərinin isə 38 yaşı var. Onlar rusiyameyilli radikal "Nikolaevskoe soprativlenie" təşkilatının liderləri olublar.
Həmin şəxslər Rusiya xüsusi qüvvələrinin separatçılarla qarşılıqlı fəaliyyətini də təmin ediblər.
Hadisə ilə bağlı Ukrayna Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb.
Aydan Axundova
AzNews.az