- Köhnə - Region
- 10 May 2014 21:36
- 5 747
Ərdoğanın adı növbəti qalmaqalda - VİDEO
Feyzioğlu isə "bitirirəm" deyib, başlayıb ölkə siyaətindən danışmağa. O, Türkiyədə "Twitter"in bağlanmasından narazılığını bildirib, Gəzi parkı hadisələrində hökuməti günahlandırıb. Van zəlzələsindən əziyyət çəkənlərə dövlətin yardım etmədiyini deyəndə isə Ərdoğan dözmədi.
Ərdoğanın hirslənməsinə vəkilin siyasi çıxışı səbəb olub
Ərdoğanın yüksək səslə etirazından sonra onun yanında oturan prezident Abdulla Gül baş nazirin əlini sıxaraq sakit olmağa çağırıb. Lakin hirsli Ərdoğanın qarşısını heç kim ala bilmədi və o yerindən qalxıb kürsüyə doğru addımlamağa çalışdı. Bu zaman onun qarşısını yenə də Abdulla Gül aldı. Bundan sonra isə Ərdoğan protokolu ilə bərabər zalı tərk elədi. Vəkillər Kollegiyasınını sədrinin siyasi çıxış etməsinə isə sonradan Ərdoğandan cavab da gəldi.
Müxalifət Ərdoğanı tənqid edir
Ərdoğanın siyasi rəqibi olan Cumhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu da bu zaman salonda imiş. O isə olanlara kənardan baxıb bu ifadələri işlədib:
"Əsəblərini cilovlaya bilməyən insan türk xalqını idarə edə bilməz".
AzNews.az