Həlak olan hərbçilərin sayı açıqlandı

Ukrayna ölkənin cənub-şərq vilayətlərində keçirilən antiterror əməliyyatlarında həlak olan hərbçilərin sayını açıqlayıb.

AzNews.az-ın məlumatına görə, Ukraynanın müdafiə naziri Mixail Koval bildirib ki, ölkənin cənub-şərqində antiterror əməliyyatları zamanı 9 hərbçi həlak olub.

Həlak olanlardan 5-i təyyarəçi, 2-si desant, 2 nəfəri isə dövlət qurumlarına sadiq olan yerli özünümüdafiə dəstəsinin döyüşçüsü olub.

Aydan Axundova
AzNews.az