- Köhnə - Region
- 12 May 2014 12:02
- 3 914
Nurçuların liderindən çağırış: “Bu, haqsızlıqdır”
AzNews.az xəbər verir ki, o, bu hadisədən narahat olduğunu bildirərək, onları qaçıranlara mesaj yollayıb: "Cinsiyyətindən asılı olmayaraq hər kəsin təhsil almaq hüququ var. Qızlara qarşı edilən bu hadisəni qınayıram. Onları qaçıranlara çağırış edirəm ki, tez zamanda qızları geri qaytarsınlar".
Xatırladaq ki, aprelin 14-də Nigeriyanın kənd məktəblərindən birinə hucüm edilərək, 200-ə yaxın qız qaçırılıb. Onlar haqqında artıq bir aydır ki, heç bir məlumat yoxdur. Qızların geri qaytarılması ilə bağlı müxtəlif aksiyalar təşkil olunub. Belə aksiyalardan biri də "Qızlarımızı qaytarın"dır. ABŞ prezidenti Barak Obama və xanımı Mişel Obama da sözügedən bu aksiyada iştirak edib.
Aydan
AzNews.az