Moskvanın “Konçita”ları yürüş keçirəcək

Moskva şəhər meriyası cinsi azlıqların - kişi və qadınların saqqallı halda mayın 27-də paytaxt küçələrində yürüş etməsinə icazə verməyib.

AzNews.az Lent.ru-ya istinadən xəbər verir ki, Rusiyada yaşayan gey fəallar mayın 27-də "Evrovision" mahnı yarışmasında qalib olmuş cinsi azlıq Konçita Vurst adına yürüş təşkil etmək istəyib.

Aksiyanın təşəbbüskarı Rusiyada fəaliyyət göstərən LGBT (cinsi azlıqların hüquqlarını qoruyan cəmiyyət) təşkilatının tərəfdarlarıdır.
Yürüşün təşkilatçılarından olan Moskva gey-hərəkatının yaradıcısı Nikolay Alekseyev bildirib ki, şəhər rəhbərliyinin qərarından məhkəməyə şikayət olunacaq: "Aksiyanı keçirməkdə qərarlıyıq. Ehtiyac yaranarsa, fəallar işi Rusiya Ali Məhkəməsinə və İnsan Haqları üzrə Avropa Məhkəməsinə qədər qaldırmaq fikrindədirlər. Artıq mayın 31-də nümayiş keçirilməsi üçün ərizə verməyə hazırlaşırıq".

Qeyd edək ki, mayın 27-də cinsi azlıqlar Moskvanın Puşkin meydanından "Nikitski qapıları"na qədər yürüş planlaşdırırdılar.
Yürüş Rusiyada homoseksualların cinayət təqibinin ləğv edilməsinin 21 illiyi münasibətilə keçirilməli idi.


AzNews.az