Soma faciəsi barədə RƏSMİ açıqlama

Türkiyə Manisa vilayəti Akhisar rayonu respublika prokuroru Bekir Şahiner Soma kömür mədənindəki faciə barədə bəzi açıqlamalar verib. Anspress-in məlumatına görə, prokuror faciənin trasfarmator partlayışı səbəbindən baş vermədiyini, bunun mümkün olmadığını açıqlayıb.

"Mütəxəssis heyəti tərəfindən aparılan araşdırma nəticəsində hadisənin trasfarmator partlayışı ilə meydana gəlməməsi barədə hesabat hazırlanıb. İlkin hesabata görə, mədəndə kömürün oksigenlə təması nəticəsində yanğın və bu səbəblə çökmə baş verib. Bundan sonra ətrafa yayılan karbonmonoksidin mədənə yayılması nəticəsində hadisənin baş verdiyi güman olunur".

Prokuror istintaq çərçivəsində 25 nəfərin saxlanıldığını, 6 nəfərin həbs tələbi ilə məhkəməyə göndərildiyini, 4 nəfərin həbs olunduğunu bildirib.

AzNews.az