- Köhnə - Region
- 20 May 2014 10:04
- 3 082
Medvedev: “Rusiya Ukraynanın ərazi bütövlüyünə zəmanət vermir”
AzNews.az BBC-yə istinadən xəbər verir ki, bu açıqlamanı Rusiyanın baş naziri Dmitriy Medvedev verib. D.Medvedevin sözlərinə görə, Rusiyanın Ukraynanın hansısa bir hissəsini özünə birləşdirmək fikri şayiədir, vəziyyəti Krımla müqayisə etmək isə absurddur. D.Medvedev həmçinin qərb tərəfdaşlarından Ukrayna ilə bağlı zəmanət istəyib: "ABŞ və Avropa İttifaqı daxil olmaqla dialoq üzrə tərəfdaşlarımız bizə zəmanət versinlər ki, Ukraynanın daxili siyasətinə qarışmayacaqlar. Bizim qərb tərəfdaşlarımız bizə zəmanət versinlər ki, Ukraynanı Şimali Atlantika Alyansına birləşdirməyə cəhd etməyəcəklər. Ukraynanın şərqində yaşayan insanlar rus dilində danışmaq hüquqlarından məhrum edilməyəcəklər. Bir dəli "pravıy sektor" gəlib onları doğramayacaq".
Aydan
AzNews.az