- Köhnə - Region
- 22 May 2014 14:20
- 5 431
Ukaynada döyüşlər gedir: sakinlər canlı səddə çevirilib - VİDEO
Şahidlərin fikirlərindən: "Artıq 4 saatdır ki, döyüş davam edir. Qarşıdurma yaxınlıqdakı körpünün ətrafındadır. İlkin məlumata görə, 4 nəfər güllə yarası alıb. Yaralananlar separatçılardır, yoxsa Milli Qavardiyanın əsgəri olduğunu bilmirik".
Luqansk vilayətinin Privolye və Starıy Krasnyanki məntəqələrini birləşdirən körpü də partladılıb. Luqanskın Lisiçansk şəhərinin xəstəxanasına 1 ölü və bir neçə yaralı gətrilib.
Qeyd edək ki, daha bir məlumatda terrorçuların yerli sakinləri işə buraxmadıqları və onlardan canlı səd kimi istifadə edildiyi deyilir. Vahiməli səslər eşidilir.
Bu arada sosial şəbəkələırdə Luqanskın Rubejni adlanan məntəqəsində atışmaları əks etdirən video paylaşılıb.
Xatırladaq ki, bir qədər öncə Donbas vilayətindən də həyacanlı xəbərlər daxil olmuşdu və Milli Qvardiyanın 24 əsgərinin öldürüldüyü bildirilirdi.