- Köhnə - Region
- 23 May 2014 07:34
- 5 685
Soma faciəsində 432 uşaq yetim qaldı
"Mədənçilərin 255 nəfəri evli, 46 nəfəri subaydır. Uşağı olan mədənçi sayı 217 nəfərdir. 84 fəhlənin isə uşağı yoxdur. Qəzada 432 uşaq yetim qalıb. Bu uşaqlarda orta yaş həddi 10-dur. İndi bizim əsas işimiz bu ailələrə köməklik göstərmək, həyatlarına davam etmək üçün tədbirlər görməkdir".
Beşir Atalay isə mədənçilər üşün toplanan yardım barədə danışıb.
"Hazırda yığılan yardım barədə dəqiq məbləğ açıqlaya bilmirik. Federasiyalardan biri 1 milyon avro deyir, Türkiyə Palatalar və Birjalar Şurası (TOBB) 5 milyon lirə (1 milyon 875 AZN) deyir. Bütün bunlar toplandıqdan sonra ümumi məbləği açıqlayacağıq".
Xatırladaq ki, mayın 13-də Manisa vilayətinin Soma rayonunda kömür mədənində dəhşətli qəza baş verib, nəticədə 301 nəfər ölüb, 486 nəfər xəsarət alıb.